Friday, December 9, 2011

Burclere gore xasiyyet

QOÇ

Kişi

Enerjili insanlardır, macərapərəstdirlər.

İdmanı çox sevirlər.

Onların həyatlarında sevginin önəmi həddindən artıq böyükdür.

Qadın

Cazibədar və ağıllı olurlar.

Qısqancdırlar.

Azadlıqlarını heç nə ilə əvəz etməyi sevmirlər.

Eqoist olurlar. Dünyanın onların ətrafında dövr etdiyini düşünürlər.

BUĞA

Kişi

Əzimli insanlardırlar.

Sadiq dost, yaxşı həyat yoldaşı və şəfqətli atadırlar.

İşləməkdən heç vaxt yorulmazlar.

Çox gözəl iştahları var.

Qadın

Onların həyata baxışı belədir: "gerçək olan gözəldir, gözəl olan gerçəkdir".

İllərlə kin saxlaya bilərlər.

Hamı ilə asanlıqla ünsiyyət yarada bilər.

Təbiəti çox sevirlər.

ƏKİZLƏR

Kişi

İntelektualdırlar.

İnsanlarla asanlıqla ünsiyyət qururlar.

Ev həyatı onlara görə deyil.

Məsuliyyət altına girməyi xoşlamırlar.

Gələcəklə bağlı qərarlar vermək onlara görə deyil.

Qadın

Demək olar ki, daima hərəkətdədirlər.

Yalnızlıqdan xoşlanmırlar.

İnsanları yaxşı təhlil edə bilirlər.

Pula çox böyük önəm verirlər.

Tənqiddən heç xoşlanmırlar.

XƏRÇƏNG

Kişi

Son dərəcə həssas və ürəyi yumşaqdır.

Bəzən müdhiş dərəcədə qısqanc ola bilər.

Bu bürcün kişiləri analarına həddindən artıq bağlıdırlar.

Mükəmməl ata olurlar.

Suyu, dənizi çox sevirlər.

Qadınlar;

Ürəyi tez sınır.

Dedi-qodunu sevirlər.

Anaları, ataları, ailələri üçün canlarından belə keçə bilərlər.

Maddi cəhətdən güclü olan kişilər onları özlərini güvəndə hiss etməyə kömək edir.

ŞİR

Kişi

İncə qəlblidirlər.

Cəlbedicidir.

Şirlər evlərinə, ailələrinə çox bağlıdırlar. Amma bir gözləri həmişə kənarda olur.

Şir kişilər sanki ata olmaq üçün yaradılıblar.

Qadın

Hər zaman baxımlı, zərif və diqqətcildir.

Çox yaxşı zəkaya sahibdirlər.

Gecə həyatını, azadlığı sevirlər.

Özünə güvəni hədsizdir.

QIZ

Kişi

Mərd və işgüzardır.

Heç kimi yarı yolda qoymağı sevmir və qoymur.

Amma təmizlik xəstəsidir.

Sevmək üçün mütləq güvənməlidirlər.

Qadın

Səssiz, sakit və dürüstdür.

Bir az inadkar olur.

İntellektual və güclü kişiləri sevirlər.

Mükəmməl həyat yoldaşı və ana olurlar.

TƏRƏZİ

Kişilər

Qadın ruhunu çox yaxşı anlayırlar.

Gözəl, ağıllı qadınları sevirlər.

Gözəl danışmaqda ustadırlar.

Gecə həyatını çox sevirlər.

Çox ədalətli olurlar. Bu bürcün kişilərindən yaxşı hüquq işçisi çıxar.

Qadın

Onlar üçün sevgi hər şeydən üstündür.

Uşaqlara xas bəzi xasiyyətləri var.

Təhsilə çox böyük önəm verirlər.

Onlar üçün hər şeyin yerli-yerində olması vacibdir.

Uşaqları çox sevirlər.

ƏQRƏB

Kişi

Çox həssas insanlardır.

Çox qısqanc olurlar.

Heç vaxt ailəsini diqqətdən kənarda qoymur.

Pulu çox sevirlər.

Qadın

Sirr saxlamağı yaxşı bilər.

Sevdiyi kişi üçün hər şey etməyə hazırdır.

Çox sadiq insanlardır.

OXATAN

Kişi

İdmançı, filosof və məcərapərəstdirlər.

Hazırcavabdırlar.

Yeni işə, münasibətlərə başlamaqdan çəkinirlər.

Çox vaxt uşaq kimi davranışlar nümayiş etdirirlər.

İdealist, romantik kişilərdir.

Qadın

Diqqət çəkməyi sevirlər.

Ən böyük xəyalları gəzmək, başqa ölkələri görməkdir.

Çalışqandırlar.

Çox fəal sosial həyatları olur.

OĞLAQ

Kişi

Bir anlıq arzularının qurbanı olmurlar.

İdarəedici insanlardır.

Həssas, qəlbi sevgi doludur.

Çox dürüst olurlar.

Qadın

Çox güclü və qürurludurlar.

Qərar verməyi bacarırlar.

Azadlığı sevir.

Hədindən artıq çox inadçıdır.

DOLÇA

Kişi

Bu bürcün kişilərinin yanında darıxmaq mümkün deyil.

Adətən gec evlənirlər.

Monoton insanlar deyillər.

Uşaqlarla yaxşı dost olurlar.

Qadın

Azadlıqlarına çox qiymət verirlər.

Çox ağıllı və bacarıqlı olurlar.

Duyğularına təslim olmur.

Yüz ölçüb, bir biçirlər.

BALIQ

Kişilər

Ən çox cəlb edən yer gözləridir.

Çox gözəl sevgili olurlar.

Çox düşüncəlidirlər.

Xəyyallarındakı qadını tapmaq üçün xeyli gəzib görməlidirilər.

Qadın

Əhval ruhiyyələri sürətlə dəyişir.

Çox zövqlüdürlər.

Dostcanlı və nəşəli insanlardırlar.

Özlərinə qulluq etməyi, gözəl görünməyi çox sevirlər.

Sənətə hamıdan daha yaxın olurlar

No comments:

Post a Comment