Friday, December 9, 2011

Bürcler nece aşiq olur

QOÇ

Qoç bürcü romantizmi dərinliklərdə yaşayır.Heç gözləmədiyiniz bir anda, sizə nə qədər cazibədar olduğunuzu söyləsə əsla çaşmayın! Qoç Bürcü kəsləri olduqca cazibədar və təsir edicidirlər.
Üstəlik ona aşiq olmaq da bir o qədər asandır. Quruluşu etibarilə kiçik yaşlardan etibarən qarşı cinsə maraq duymağa başlarlar. Avtoritardırlar, istəklərini reallaşdırmaq üçün maneə tanımazlar. Sürprizlərlə dolu Qoç Bürcü, eyni zamanda olduqca cürətkardırlar. Qarşı tərəfi, ovlanması lazım olan bir ov olaraq görər. Aşiq olduğu zaman işlər dəyişər. Mükəmməl bir aşiq olar, əlaqələrinə dəyər verər, romantizmi dolu dolu yaşadarlar. Hər nə qədər Qoç Bürcü insanı öz istəklərini və ehtiyaclarını ilk sıralara qoysa da bu tutumlarından və həyata müsbət baxışlarından təsirlənməmək qeyri-mümkündür. Bu bürcün qadınları, qürur və güc axtararlar amma bir az da itaətlilik gözləyərlər; çünki üstlərində hakimiyyət qurulmağa işindən xoşlanmazlar.

BUĞA

Buğa bürcü güvəndiyi zaman romantik bir aşiqə çevrilir
Buğa Bürcü insanı üçün eşq və cinsilik, həyatın əhəmiyyətli bir parçasıdır. Amma bu, onların tez aşiq olduqlarını gğstərməz. Əksinə çətin aşiq olarlar. Müddət onlar üçün heç əhəmiyyətli deyil.O, sizi həyatının qadını olaraq görmüşsə sonuna qədər israrçı olacaq, əlaqə boyunca da sizin məmnun etmək üçün əlindən gələn hər şeyi edəcək. Birlikdəliyə başlama mövzusunda ağır və şübhəçi davranan Buğa, irəliləyən zamanlarda qarşısındakından əmin olduğu təqdirdə inanılmaz bir dəyişmə göstərəcək. O qərarsız və çətinlikli halının yerini romantik bir aşiqə buraxacaq.

ƏKİZLƏR

Əkizlər bürcü həm zehni baxımdan həm də fiziki baxımdan davamlı hərəkət halındadır.
Əkizlər üçün məntiq çox əhəmiyyətlidir. Əlaqə inkişafdan əvvəl, məntiq bağının inkişafını istəyərlər. Çox romantiklik onlara başlanğıcda ağır gələ bilər. Bəzi şeyləri davamlı tarazlıqda tutmaq istəyərlər. Əkizlərin qapısını açmaq gücdür amma bir dəfə açıldımı göstərdikləri həssaslıq sizi çox çaşdıra bilər.Əlaqələri həyəcan vericidir. Bir çox insan, onlarla vaxt keçirməkdən çox xoşlanar. Lazım olduğunda cazibədar olmağı və bu cazibədarlıqlarını istifadə etməni yaxşı bilərlər. Əgər bu bürcdən biriylə birlikdə olacaqsınızsa, dəyişən bir ruh halına da özünüzü hazırlamalısınız. Ümumiyyətlə maraqsız, çatılmaz və çətin görünərlər. Bu vəziyyətdə nəyin səhv getdiyini düşünər dayanarsınız. Əslində buna çox ilişməyin; çünki qısa bir müddət sonra köhnə nəzakətli və əyləncəli halına geri dönəcək. Əkizlər, hərəkəti və dəyişikliyi sevər. Bu səbəblə bir adama bağlanmaq, onlar üçün çox gücdür. Birdən çox adamı idarə etmək isə tam onlara görədir. Üstəlik bu planları edərkən qarşı tərəfə bir şey sezdirməyəcək qədər də qabiliyyətlidirlər.

XƏRÇƏNG

Xərçənglər sevgi dolu, şəfqətli, eyni zamanda ehtiraslı!
Xərçəng Bürcü çox romantik və aşiq olduqları zaman hadisələrə diqqətlə yaxınlaşan kəslərdir. Qırılmaqdan çox qorxarlar; bu səbəblə partnyoruna ürəklərinin qapılarını açmaqda çətinlik çəkirlər,ondan əmin olmaq istəyərlər. Əlaqəyə bir dəfə başladımı, bunun uzun davamlı bir birlik olmasını istəyərlər. Xərçəng dərhal hərəkətə keçməz, çünki qarşılıq görəcəyindən əmin olmaq istər. Bu səbəblə onları passiv aşiqlər olaraq görə bilərik.

ŞİR

Şir, qarşı cins üçün çox cazibədar və cəmiyyət içində özlərini müəyyən edən insanlardır!
Romantik və asan aşiq olan bu kəslər, başlanğıcda partnerini əzməkdən bir az xoşlanar. Bu vəziyyət qarşı tərəfə ağır gələ bilər. Əlaqə irəlilədikdən sonra özlərinə qarşı tərəfə təslim edərlər və ehtiraslı bir aşiqə çevrilərlər.Şir Bürcü üzvləri, qarşı cins üçün çox cazibədar insanlardır.Əlaqədə suverenliyin özlərində olmasını istəyərlər. İlk addımı atmaqdan heç çəkinməzlər. Cazibədar və karizmatiktirler. Qarşısındakını xüsusi hiss etdirərlər. Cinsi baxımdan sıx yaşadıqları duyğularını çətin idarə edərlər.Bu bürcün insanları mümkün olduğu qədər iş xarici bütün zamanlarını həyat yoldaşı ilə birgə keçirmək istəyərlər. Şir Bürcü bütün dünyanın öz ətrafında döndüyünü düşünər, bir müddət sonra qarşısındakını da, itirmək üzrə olduğu bir oyunun ikinci yarısında rol aldığını görməyə başlaya bilər.

QIZ

Qızlar saf və təmiz aşiqlər!
Qız Bürcündə təbiətinlər şən və təvazökar rəftarlarıyla diqqət çəkərlər. Romantik baxımdan özlərinə çox güvənərlər. Eşq həyatları üçün xəyallarında çəkdikləri biri vardır və o xüsusi insanı tapana qədər gözləyərlər. Bu xüsusi adam ilə qarşılaşdıqdan sonra isə özlərini ona həsr edərlər. Bu vəziyyətdə göstərdikləri səy və səbirli rəftarı sizi belə çaşdıra bilər. Qız bürcü aşiq olduğu zaman başlanğıcda fiziki baxımdan partnyoruna qarşı bir az qatı davrana bilər.

TƏRƏZİ

Tərəzilərlə buludların üstünə çıxmağa hazır olun!
Doğru partnyoru tapdıqları zaman, həyat onlar üçün məna qazanar və hər şey toz çəhrayı görünər. Qarşısındakından gözlənilməz bir davranış görsə xəyal qırıqlığına uğrayar, bu da yaşadığı həyəcanın bütün sehrini pozar. Tərəzi hər vaxt sonsuz eşqini verməyə hazırdır. Bir Tərəzini tanımaq həqiqətən əyləncəli bir təcrübədir. Özünüzü onun yanında rahat hiss edərsiniz. Şam işığında bir yemək və xoş bir söhbət, onun ürəyini qazanmağı təmin edə bilər. Dinləməyi və partnyorunu yaxşı hiss etdirməyi bilərlər. Başlarına birini qoyduqları zaman çox cazibədar ola bilərlər. Şəndirlər və partnyorlarına dəyər verərlər

ƏQRƏB

Əqrəblər üçün ya həmişə ya heç… qərarlı aşiqlər!
Bir çox Əqrəb, dolu dolu bir eşq yaşamaq istər. Duyğularını, arzuları başqalarıyla paylaşmaqdan zövq alarlar. Onun gözlərinə bir dəfə tutulduğunuzda bir daha ayıra bilməzsiniz. Güclü bir təsirləri vardır; bu təsirdən özünüzü asan asan ala bilməzsiniz. İstədikləri zaman bəyəndikləri adamın könülünü oğurlamağı bacararlar. Əqrəb üzvləri seksual baxımdan özlərini çox yüksək səviyyədə görərlər.Partneri ilə birlikdə çölə çıxmaqdan böyük zövq alarlar. İctimai və əyləncəlidirlər.Müdhiş sevgilidirlər. Qadağan olmadan eşqlərini yaşayarlar. Fırtına kimidirlər, sarsılar lakin normala dönmələri də çox zaman almaz.Sevinclərini də kədərlərini də sıx yaşayarlar bu səbəblə; bir Əqrəblə bərabərsinizsə mütləq səbirli olmalısınız.

OXATAN

Oxatanın müdhiş cazibələri var.
Cəsur oxatanlar ətraflarına enerji və həyəcan saçarlar. Ürək məsələlərinə gəlincə; oxatan, özünü eşqinə həsr edər və düşüncələrini açıqca ifadə etməkdə heç çətinlik çəkməz. Cəsur və eşqbazdır. Bəyəndiyini əldə edənə qədər məşğul olar, bundan da zövq alar. Əlaqə yerinə oturduqdan sonra duyğularını saxlamaq onlar üçün olduqca çətindir. Qəti olan bir şey vardır; əgər partnyorunuz sa oxatandırsa həyatınız əsla sıravi olmayacağıdır. İstiqanlı, qızdırmalı və romantikdir; eşqbazlıq, təbiətində vardır. Müdhiş cazibəsindən təsirlənib dəvətini qəbul etmənizin çox uzun sürməyəcəyinə əmin ola bilərsiniz.

OĞLAQ

Oğlaqlar, güvənə söykənən bir əlaqələri olduğuna inansalar ehtiraslı və yaxşı bir sevimli olarlar!
Duyğularını bir müddət idarə altında tutmağa çalışarlar. Bu səbəblə romantizmin meydana gəlməsi zaman alar. Partnyoruna hər keçən gün daha da aşiq olarlar, bu vaxt ona olan etibarları artar. Əlaqənin hər baxımdan dadını çıxardarlar. Bəyəndikləri adama yoldaşlıq təklif etmədən əvvəl, başlarında xüsusi bir danışma hazırlayarlar. Əgər duyğularında ciddilərsə, yaxşı bir təsir buraxmaq üçün romantik bir yemək yeyə biləcəyiniz lüks bir restorana dəvət edərələr. Oğlaqların rahatlamaq üçün gözəl sözlər eşitməyə ehtiyacı vardır. Güvənə söykənən bir əlaqələri olduğuna inansalar da ehtiraslı və dünya yaxşısı bir sevimli olarlar. Çox tutumludurlar; çox pul xərcləməyi bədxərclik olaraq görərlər. Əlaqədə sabitlik və mərhəmətə əhəmiyyət verərlər. Olan bitənlərin başqaları tərəfindən bilinməsindən heç xoşlanmazlar.

DOLÇA

Dolçanın özünə xüsusi bir ehtirası vardır!
Dolçalar, gərəksiz səmimiyyətlərdən xoşlanmayan kəslərdir. Xarici görünüş çox veclərinə olmaz. Onlar ancaq zəkalarını ələ keçirən insanların arxasından ayrılmazlar. Möhkəm dostluqlar qurmaq istər amma ünsiyyət qorxusuyla özlərini geri çəkərlər. Səmimiyyət qurmaq isdəsələrdə başlanğıcda tək olmağa ehtiyacları vardır. Bu, onlar üçün gerçək bir xəyal qırıqlığı yaşada bilər.Dolça Bürcü insanlarında güclü bir maqnetik çəkiliş vardır. Bu, onların ən izdihamlı mühitdə belə fərq edilmələrini təmin edər. Ağıllıdırlar, əvvəl düşüncələrində eşqbazlıq edərlər. Duyğularını ortaya qoymaqda çətinliklər yaşar. Dolçanın özünə xas bir ehtirası vardır, bu, onu daha da cazibədar edər.Dolça Bürcü insanı, həyatını biriylə paylaşma həyəcanı içində deyil. Anlayış axtararlar.

BALIQLAR

Duyduqları sevgiylə bəzən kor olar və partnyorlarının səhvlərini görməzlər. Eşqi tapana qədər bir çox dəfə, qurduqları xəyallar duzla buz olar amma Balıqlar gerçək sevgilini axtarmaqdan heç imtina etməzlər. Aşa bilmədiklərini ürək qırıqlıqlarına baxmayaraq, hər yeni eşqə ümid dolu başlarlar. Partnyorunu yavaş yavaş kəşf edərkən, ürəklərində yaranan bu xoş qarışığın dadını çıxardarlar. Başdan çıxarıcı bir mühit və sehr yaratmağı sevərlər. Xüsusi günləri, yuxu kimi bir yemək və çox xoş bir hədiyyə ilə qeyd edərlər. Bu eşqin zərərli bir tərəfi də vardır. Qısa müddətdə sevgililərinə bağlanarlar və bu, əlaqədə zərərli bir təsir yarada bilər. Ancaq doğru insanla, özlərinə olan güvən və xoşbəxtlikləri daha da arta bilər

Burclere gore xasiyyet

QOÇ

Kişi

Enerjili insanlardır, macərapərəstdirlər.

İdmanı çox sevirlər.

Onların həyatlarında sevginin önəmi həddindən artıq böyükdür.

Qadın

Cazibədar və ağıllı olurlar.

Qısqancdırlar.

Azadlıqlarını heç nə ilə əvəz etməyi sevmirlər.

Eqoist olurlar. Dünyanın onların ətrafında dövr etdiyini düşünürlər.

BUĞA

Kişi

Əzimli insanlardırlar.

Sadiq dost, yaxşı həyat yoldaşı və şəfqətli atadırlar.

İşləməkdən heç vaxt yorulmazlar.

Çox gözəl iştahları var.

Qadın

Onların həyata baxışı belədir: "gerçək olan gözəldir, gözəl olan gerçəkdir".

İllərlə kin saxlaya bilərlər.

Hamı ilə asanlıqla ünsiyyət yarada bilər.

Təbiəti çox sevirlər.

ƏKİZLƏR

Kişi

İntelektualdırlar.

İnsanlarla asanlıqla ünsiyyət qururlar.

Ev həyatı onlara görə deyil.

Məsuliyyət altına girməyi xoşlamırlar.

Gələcəklə bağlı qərarlar vermək onlara görə deyil.

Qadın

Demək olar ki, daima hərəkətdədirlər.

Yalnızlıqdan xoşlanmırlar.

İnsanları yaxşı təhlil edə bilirlər.

Pula çox böyük önəm verirlər.

Tənqiddən heç xoşlanmırlar.

XƏRÇƏNG

Kişi

Son dərəcə həssas və ürəyi yumşaqdır.

Bəzən müdhiş dərəcədə qısqanc ola bilər.

Bu bürcün kişiləri analarına həddindən artıq bağlıdırlar.

Mükəmməl ata olurlar.

Suyu, dənizi çox sevirlər.

Qadınlar;

Ürəyi tez sınır.

Dedi-qodunu sevirlər.

Anaları, ataları, ailələri üçün canlarından belə keçə bilərlər.

Maddi cəhətdən güclü olan kişilər onları özlərini güvəndə hiss etməyə kömək edir.

ŞİR

Kişi

İncə qəlblidirlər.

Cəlbedicidir.

Şirlər evlərinə, ailələrinə çox bağlıdırlar. Amma bir gözləri həmişə kənarda olur.

Şir kişilər sanki ata olmaq üçün yaradılıblar.

Qadın

Hər zaman baxımlı, zərif və diqqətcildir.

Çox yaxşı zəkaya sahibdirlər.

Gecə həyatını, azadlığı sevirlər.

Özünə güvəni hədsizdir.

QIZ

Kişi

Mərd və işgüzardır.

Heç kimi yarı yolda qoymağı sevmir və qoymur.

Amma təmizlik xəstəsidir.

Sevmək üçün mütləq güvənməlidirlər.

Qadın

Səssiz, sakit və dürüstdür.

Bir az inadkar olur.

İntellektual və güclü kişiləri sevirlər.

Mükəmməl həyat yoldaşı və ana olurlar.

TƏRƏZİ

Kişilər

Qadın ruhunu çox yaxşı anlayırlar.

Gözəl, ağıllı qadınları sevirlər.

Gözəl danışmaqda ustadırlar.

Gecə həyatını çox sevirlər.

Çox ədalətli olurlar. Bu bürcün kişilərindən yaxşı hüquq işçisi çıxar.

Qadın

Onlar üçün sevgi hər şeydən üstündür.

Uşaqlara xas bəzi xasiyyətləri var.

Təhsilə çox böyük önəm verirlər.

Onlar üçün hər şeyin yerli-yerində olması vacibdir.

Uşaqları çox sevirlər.

ƏQRƏB

Kişi

Çox həssas insanlardır.

Çox qısqanc olurlar.

Heç vaxt ailəsini diqqətdən kənarda qoymur.

Pulu çox sevirlər.

Qadın

Sirr saxlamağı yaxşı bilər.

Sevdiyi kişi üçün hər şey etməyə hazırdır.

Çox sadiq insanlardır.

OXATAN

Kişi

İdmançı, filosof və məcərapərəstdirlər.

Hazırcavabdırlar.

Yeni işə, münasibətlərə başlamaqdan çəkinirlər.

Çox vaxt uşaq kimi davranışlar nümayiş etdirirlər.

İdealist, romantik kişilərdir.

Qadın

Diqqət çəkməyi sevirlər.

Ən böyük xəyalları gəzmək, başqa ölkələri görməkdir.

Çalışqandırlar.

Çox fəal sosial həyatları olur.

OĞLAQ

Kişi

Bir anlıq arzularının qurbanı olmurlar.

İdarəedici insanlardır.

Həssas, qəlbi sevgi doludur.

Çox dürüst olurlar.

Qadın

Çox güclü və qürurludurlar.

Qərar verməyi bacarırlar.

Azadlığı sevir.

Hədindən artıq çox inadçıdır.

DOLÇA

Kişi

Bu bürcün kişilərinin yanında darıxmaq mümkün deyil.

Adətən gec evlənirlər.

Monoton insanlar deyillər.

Uşaqlarla yaxşı dost olurlar.

Qadın

Azadlıqlarına çox qiymət verirlər.

Çox ağıllı və bacarıqlı olurlar.

Duyğularına təslim olmur.

Yüz ölçüb, bir biçirlər.

BALIQ

Kişilər

Ən çox cəlb edən yer gözləridir.

Çox gözəl sevgili olurlar.

Çox düşüncəlidirlər.

Xəyyallarındakı qadını tapmaq üçün xeyli gəzib görməlidirilər.

Qadın

Əhval ruhiyyələri sürətlə dəyişir.

Çox zövqlüdürlər.

Dostcanlı və nəşəli insanlardırlar.

Özlərinə qulluq etməyi, gözəl görünməyi çox sevirlər.

Sənətə hamıdan daha yaxın olurlar

Thursday, December 8, 2011

Burclerin uygunlugu

Əgər siz Qoç bürcündənsinizsə:
Qoçdan kosmik əlaqə zövqü götürərsiniz. Buğa, sizə sahib çıxar, əkizlər də sizə sahib çıxar; amma çaşdıra bilər. Xərçəng, sizə güvən verər. Şir, sizi xoşbəxt edər, Qızla hər şey təkrarlanan olacaq. Tərəzidən çox şey öyrənə bilərsiniz. Əqrəbdən uzaq dayanmanız faydalı olar.Oxatan sizə kef verəcək və təsir edəcək. Oğlaq, sizi inkişaf etdirər və irəlilədər. Dolça çətin işdir. Balıq sizi tuta bilməz.





Əgər siz Buğa bürcündənsinizsə:
Qoç sizi sevər; amma yora bilər. Buğafikri yoldaşınız və rəhbərinizdir, əkizlər kosmik əlaqənizi təmin edər. Xərçəng sizi xəyal kainatında həbs edər. Şir sizə güvən duyğusu verər. Qızla uyğun və xoşbəxt olarsınız. Tərəzi ziddiyyətlər gətirər və çaşdıra bilər. Əqrəblə ziddləşər; amma ondan çox şey öyrənərsiniz. Oxatan sizi atəşlər; amma tükənə bilərsiniz. Oğlaq zəmanətlidir; amma mühafizəkarlığı sizi sıxa bilər. Dolça sizin karierinizi təsir edər; amma müsbət və ya mənfidir. Balıq sizin üçün yaxşı və gözəl bir bəzəkdir amma bezə bilərsiniz.


Əgər siz Əkizlər bürcündənsinizsə:
Qoçdan xoşlanar; amma bezə bilərsiniz. Buğa eqonuza və dəyişənliyinizə dözə bilməz, əkizlər sizsiniz və də ikiniz bir arada! Xərçəng sıxıcı gələ bilər. Şir sizin kosmik bağınızdır. Qız sizə təhlükəsizlik verər. Tərəzi ilə uyğun və dinc olarsınız. Əqrəbmi? Baxın onu yora bilməzsiniz. Oxatandan çox şey öyrənə bilərsiniz. Oğlaq yükünüzü paylaşa bilər. Dolça həyəcan vericidir; amma vizionlarınız fərqlidir. Balıq sizi inkişaf etdirər və irəlilədər.




Əgər siz Xərçəng bürcündənsinizsə:
Qoç sizi inkişaf etdirər və ümid verər. Buğa heyran ola bilərsiniz; amma sadiq qalın, əkizlər sizə dözə bilməyə bilər. İki Xərçəng yan-yana necə yeriyərlər? Şirasan olmayacaq. Qızmı? Evdə xoşbəxt olarsınız. Tərəzi sizə təhlükəsizlik verər və kosmik bağınızdır. Əqrəb ilə uyğun və xoşbəxt olarsınız. Oxatan, təlimçi; amma məcburedicidir. Oğlaqdan çox şey öyrənərsiniz. Dolça ilə eyni kobud sığmazsınız. Balıq xoş ola bilər; amma külək dəyişə bilər.



Əgər siz Şir bürcündənsinizsə:
Qoçla fərqli otlaqları paylaşıb arada bir görüşün. Buğasizi inkişaf etdirər və gələcəyi göstərər, əkizlər sizi zəngin edə bilər; amma necə? Xərçəngdən məmnun olarkən, möhkəmlə bilərsiniz. İki Şir bir arada kükrəməzsə yaxşı bir-birlikdəlik ola bilər. Qız Qızdır; amma onu yeməyə qalxmayın. Tərəzi işinizə yarayacaq, sizə dəstək olacaq. Əqrəb sizə təhlükəsizlik verər. Oxatan ilə uyğun və xoşbəxt olarsınız və də kosmik əlaqənizdir. Oğlaq sizi daşıya bilər.Dolçadən hər şeyi öyrənə bilərsiniz. Balıqmı? Xoş, romantik; amma keçici olacaq.




Əgər siz Qız bürcündənsinizsə:
Qoç məntiqinizi gücləndirər. Buğa sizin gizli gücünüzdür. Əkizlər sizin karierinizi təsir edər. Xərçəng sizi sakitləşdirər. Şir məsuliyyətinizi paylaşa bilər. Qız sizi istilədər. Tərəzi sizi ölçər, biçər və dartar. Əqrəb, qorxunuzdur. Oxatan sizin üçün sərhədsizlikdir və güvən verəcək. Oğlaqla uyğun və və xoşbəxtsiniz. Dolça sizin kosmik bağınızdır. Balıqdan çox şey öyrənə bilərsiniz.



Əgər siz Tərəzi bürcündənsinizsə:
Qoçdan çox şey öyrənə bilərsiniz və kosmik bağınızdır. Buğa karizmatiktir; amma onu məhdudlaşdırmayın. Əkizləri idarə edə bilsəniz, bacararsınız. Xərçəngsizi inkişaf etdirər və gücləndirər. Şir sizi sevəcək və gözləmələri ciddidir. Qız qədər nizamlı və sabitliklisinizmi? Tərəzi iki dənə olsa, iş Mühakimədəyə gedə bilər. Əqrəbin sirri təsir edəcək; amma yalnız bir dövr. Oxatan çox əyləndirici ola bilər. Oğlaq sizə təhlükəsizlik duyğusu gətirəcək.Dolça ilə uyğun və xoşbəxt olarsınız. Balığı dengelemekle qorxutmasanız, məsələ qalmayacaq.


Əgər siz Əqrəb bürcündənsinizsə:
Qoçla erotik şoulara xoş gəldiniz. Buğadan çox şey öyrənəcəksiniz. Əkizlər kosmik əlaqəni təmin edər. Xərçəngdən möhkəmlə bilərsiniz. Şir sizin karierinizi təsir edər. Qız əgər seksualdırsa, kefli ola bilər. Tərəzi sizi işıqlığı çıxara bilər. Əqrəblər bir arada günəşi unuda bilərlər. Oxatanmı? Çətin iş doğrusu, iki kəndirbaz kimi. Oğlaq sirrinizi artıra bilər. Dolça sizə təhlükəsizlik və güc verəcək. Balıqla uyğun və xoşbəxt olarsınız.



Əgər siz Oxatan bürcündənsinizsə :
Qoç ilə uyğun və də xoşbəxtsiniz. Buğa, sizin yaxşı dostunuzdur. Əkizlərlərdən çox şey öyrənə bilər, faydalana bilərsiniz. Xərçəng qısa dövrdə sizi xoşbəxt edəcək. Şir sizin kozmosla olan əlaqənizi təmin edər.Qız , sizə həyat yolunda inkişaf gətirər. Tərəzi və Oxatanestetik olaraq gözəldir. Əqrəb? Dedim ya iki kəndirbaz. Oxatanlar çox şeyi paylaşarlar; amma ən çox da dostluğu. Oğlaq böhrana salıb məhdudlaşdıra bilər, Dolça ilə kozmolojik ölçülər yaşaya bilərsiniz. Balıq, sizə güvən təmin edəcək.




Əgər siz Oğlaq bürcündənsinizsə:
Qoç sizə güvən verər. Buğa ilə uyğun və çox xoşbəxt olarsınız. Əkizlər qısa bir müddət sonra sizi çıldırtabilir.Xərçəngdən çox şey öyrənərsiniz. Şir gücünüzü artıracaq. Qız iqtisadi zəmanətinizdir. Tərəzi sizin irəliləmənizi təmin edər və kosmik bağınızdır. Əqrəb çox kefli başlayacaq; amma nə zamana qədər? Oxatanzövq verəcək; amma uzun sürməz. Oğlaqların ikisi bir inad heykəli meydana gətirə bilərlər. Dolça sizə görə zənn edə bilərsiniz; amma sərhəd qoymasanız. Balıq sizi əsəbiləşdirər, duyğularına çatmalısınız.



Əgər siz Dolça bürcündənsinizsə:
Qoç sizə aşiqsə, sadiq qalmalısınız. Buğa sizə təhlükəsizlik və güc verər, Əkizlərlə uyğun və xoşbəxt olarsınız. Yencəyi kiçik hesab etməməlisiniz. Şir dan çox şey öyrənə bilərsiniz. Qız ruhunuzu istirahət etdirə bilər. Tərəziyə tez-tez hesab verməlisiniz, Əqrəb sizi inkişaf etdirər və irəlilədər. Oxatan kosmik şüurunuzu təmin edər. Oğlaq, olacaq iş deyil, uça bilməzsiniz. İki Dolça nizamı dəyişdirə bilərlər. Balıq sizə passiv gələ bilər, duyğularını öyrənməlisiniz.




Əgər siz Balıq bürcündənsinizsə:
Qoç sizi yora bilər; amma idarəsni asan ola bilər. Buğa yaradıcıdır, ruhunuzu təşviq edər, güc verər, əkizlər sizə güvən və dinclik verər. Xərçəng ilə uyğun olarsınız. Şir cazibəlidir; amma gəzməyi sevər. Qızdan çox şey öyrənə bilərsiniz. Tərəzi maraqlı və iqtisadi ola bilər. Əqrəb sirrinizi ikiyə qatlayar; amma siz bilərsiniz. Oxatan sizi təkamülləşdirər və inkişaf etdirər. Oğlaq sizə görə deyil, pambıqla dəmir kimi. Dolça universal əlaqələrinizi təmin edər, iki balıq akvariumdan asan asan çıxa bilməzlər.

Tuesday, December 6, 2011

Burclere gore sevgi

QOÇ (21 mart-20 aprel)
Ezimli ve bir az da qalınqabıq olmalısınız. Qoçlar özüne qarşı diqqetli davranılmasını sevir, ona qarşı olan marağınızını ve sevginizi itirmek istemez. Özünü dünyanın merkezi hesab eden bu insan hemişe özünden danışır. Öz ayaqları üstünde rahat dura bilen bu insan (maddi ve menevi olaraq) sizden de bunu gözleyir. Maraq dairesinin merkezinde olmağı delicesine seven Qoçla birlikde xoşbext bir ömür keçirmek üçün onu qelbinizin düz ortasına yerleşdirmeyiniz lazımdır. Sevginin dalınca qaçan ve istediyi vaxt deyişen biridir. Asan biri olsanız onu gec-tez itireceksiniz. Sürücü yerinde oturmağına icaze verin, amma mindiyiniz maşının tamamile onun nezareti altında olmasına esla yox! Her an özünüzü yada salmalı, gedeceyiniz istiqameti müeyyen etmelisiniz.. Bunun eksi onu itirmeyiniz demekdir. Ona ucundan-qulağından danışıb, sizin istediklerinizi başa düşmesini gözlemek sizi teessüflendire biler. Kin saxlamayı bacarmayan, yaralarını özü sağalda bilen Qoç dolayı mesajları heç vaxt başa düşmez. Ona sözünüzü birbaşa deyin.

BUĞA (21 aprel-21 may)
Onun heyatınızın sevgisi olduğundan ve ona sadiq qala bileceyinizden emin olmalısınız. Bu bürc hereket ve tecrübelerin deyil, tek bir insanla etibarlı bir heyatın bürcüdür. Deyişiklikden heç xoşu gelmir ve onunla birlikde olmaq üçün ona uyğunlaşmaq sizden aslıdır. Görünüşünüze gösterdiyiniz qayğı ve ona vereceyiniz hediyyeler onun üçün ehemiyyetlidir. Bu ailecanlı adamı elde etmek üçün ede bileceyiniz her şey, eger strategiyanı düz seçmemisinizse, havayı gedecek. Qelbinin açarı onun üçün bişirdiyiniz yemeklerde tapacağı lezzetdedir. Ondan soruşacağınız her hansı bir sualın nöqtesini ve vergülünü tamamile başa düşmeyene qeder size cavab vermeyecek. Komplimentlerinizin altında reallıqdan ne ise tapmasa, bunu niye dediyinizi başa düşmeye çalışacaq. Amma narahat olmayın, kefi olmayanda sizin yanınızda rahatlıq tapırsa, qalan meseleleri birlikde hell edersiniz.

ƏKiZLƏR (22 may-21 iyun)
Unutmayın ki, ekizler eyni bedende 2 ferqli insan demekdir. Yalnız özü ile qala bileceyi, sadece özüne hesab vereceyi, sizin heç vaxt girmeyeceyiniz ve bunu teleb etmeyeceyiniz heyatı olması esas şertdi. Bu insan duyğularına yox, düşüncelerine ehemiyyet verdiyini nezere alsaq, deye bilerik ki, onu özünüze bağlaya bilersiniz, amma ne olursa-olsun tamamile, her şeyi ile sizin olmasını gözlemeyin. Eksine ne qeder serberst olsa, münasibetiniz o qeder ela olacaq. Görünüşünüzü tez-tez deyişdiren birisinizse, standartlardan uzaq 1 heyat terziniz varsa ve gözlerinizde gördüyü kiçik 1 parıltıdan sonra 1 saniyenin içinde “Bütün işlerimi texire salıram, seninle maraqlı 1 yere gedek” dese teeccüblenmeyin.

XƏRÇƏNG (22 iyun-22 iyul)
Qabığından çıxarılmalı olan hessas, sessiz ve utancaq biridir. Sizi heç kime deyişmemesi üçün onunla sebirli olun, her meselede onu başa düşün ve size etibar etmesi üçün elinizden geleni edin. Bunları bacarsanız heyatının her nöqtesinde sizi ilk sıraya qoyacaq ve qarşılıqlı olmasını sizden gözleyecek. Öyreşmek ve qelben bağlılıq onun üçün düşündüyünüzden, gösterdiyinizden ve teleb etdiyinizden de vacibdir. Onun heyatda xoşbext olması üçün vacib rol oynadığınızı unutmayın ve isteklerinizi demekden çekinmeyin. Tebii ki, onun isteklerini de her zaman nezere alın. O qeder ailecanlıdır ki, dürüst olsanız birlikde ev işleri ile meşğul olmağınızı esil romantikaya çevirecek ve sizi evinin şahzadesi edecek.

ŞiR (23 iyul-23 avqust)
Heyatınızı başdan-başa renglendiren romantik 1 aşiqdir. Amma sizin üçün ne edirse-etsin bunu her zaman qiymetlendirmelisiniz. Şirlerin hamısı sert baxışları ile qorxudan, özlerine inanan, etrafındakıların ister-istemez çekindiyi insanlar olsalar da olduqca utancaqdırlar. Desteklenmeye ve terife hemişe hamıdan çox ehtiyacı olan bu bürcle birlikde olmaq üçün her kesden seçilen, her kesin beyendiyi 1 cehetiniz olmalıdır. O hemişe her ikinizin hamı terefinden diqqet merkezinde olmanızı isteyir, ne siz ondan, ne de o sizden 1 addım geri qalmamalısınız. Eger heqiqeten de onun üreyini elde etmisinizse, ondan xeyanet görmezsiniz. Onun öz heyatını eylenceli ve maraqlı etmek üçün xüsusi qabiliyyeti var, canlılıq ve dinamika onun qanında var

QIZ (24 avqust-23 sentyabr)
Evvelce xırda meselelerle diqqetini celb edin, 1 az eziyyet çekib xasiyyetini öyrenin, öz tesiriniz altına salandan sonra kiçik tekanla sizinle istediyiniz kimi davranacaqdır. Çox xırda meselelere böyük ehemiyet verdiyi üçün idealın nece ola bileceyini hamıdan yaxşı bilir. Eger sizin sehvlerinizi sayırsa, ondan incimeyin, sizin mükemmel olmağınız üçün bunu deyir. Heyata intellectual çerçiveden baxmağı duyğuları başa düşmeyine ve ehemiyyet vermeyine mane olmur. Amma ona bezen ne hiss etdiyinizi uzun-uzadı izah etmeyiniz lazım ola biler.

TƏRƏZi (24 sentyabr-23 oktyabr)
Ona maraq gösterin ve destekleyin. Qısa bir müddet sonra göreceksiniz ki, heyatının en şexsi tereflerine qeder sizinle yaşamağı bes etmir, özünü size hesr eden sadiq bir heyat yoldaşınız var. Problem odur ki, bu bağlılığı sadece size deyil, etrafındakı her kese: ailesine, dostlarına, tanıdıqlarına da göstermeyidir. Hemişe tarazlığı qorumaq isteyen, amma her zaman çayın 2 sahilinde de olmalı olan biridir. Seçdiyi variantı beyenmirsenizse, bunu ona demek evezine gözleyin, onsuz da o biri variantı da prob edecek. Standart olan her şeyi ondan uzaq saxlayın. O orjinallığı sevir. Hediyye almaq isteyirsinizse, ele 1 şey alın ki, onda olmasın, amma ona lazımlı nese olsun. Birlikde yaşayırsınızsa, onun zövqüne etibar edin, düzdü 1 müddet evi qeribe (bezen de lazımsız) eşyalarla dolduracaq, sebrli olun, çünki müeyyen vaxt sonra istifade etmediklerini göz qabağından yığışdıracaq.

ƏQRƏB (24 oktyabr -22 noyabr)
Hereketlerinizi en ince detallarına qeder başa düşen ve her deyişikliye fikir veren Eqrebe qarşı marağınız ve diqqetiniz hemişe maksimum olmalıdır. Ondan heç ne gizlede bilmezsiniz, hemin an başa düşecek. Dürüstlüyünüzün size hemişe xeyir getireceyi bu münasibetde en kiçik etiraflar bele onu xoşbet edecek. Ona ne ise izah etmeye hemişe ehtiyac yoxdur, o sizi baxışlarınızdan, bezen toxunuşunuzdan anlayacaq. Nezere alın ki, ona heyat qeder vacib olan, sizin ona sedaqetinizdir. Münasibetlerinizde en kiçik sehvinizi bele unutmayacaqdır, bagışlaya biler, amma unutmaz.

OXATAN (23 noyabr-22 dekabr)
Ona qarşı dürüst olmalı ve serbestliyine hörmet etmelisiniz. Özüyle tek qalmağı seven ve çox çetin bağlanan Oxatanı qısqanmaq olmaz! Onun her mövzuda bilik ve tecrübesine esaslanan söhbeti hemişe maraqlı olur. Dağınıq, qeyri-adi ve hemişe meşğul bu adam yalana ifrat derecede nifret edir, heç özü de danışmır. Bu o demekdir ki, sizin yanınızdadırsa, demeli heyatındakı sizsiniz, sizden uzaqdırsa, rol oynamaq yerine bunu size deyecek. Ora-bura qaçıb içinde olduğu bütün işleri çatdırmaq istediyi vaxt sizin desteyinize hedden çox ehtiyacı olur. Son derece dinamik, eylenceli, qaynayan 1 münasibetiniz, sehere qeder söhbet ede bileceyiniz 1 sevgiliniz var.

OĞLAQ (23 dekabr - 20 yanvar)
Bir karyeristle birlikdesiniz! Amma onu sehv başa düşmeyin! O size pulla satın alına bilecek en gözel hediyyeleri almaq üçün bu qeder işleyir ve ehtiyacı olan ise sizin destek ve diqqetinizdir. Her an onun ağlındasınız, bunu size çox vaxt göstermeyecek, ancaq hisslerinize inanın. Karyerası onun heyat damarı kimidi ve inansanız da, inanmasanız da en böyük desteyi arxalandığı sevgilisidir. Herden size sert irad tutsa da, son derece saf niyyetle, daha yaxşı olmağınız üçün deyilmiş sözlerdir. Eslinde utancaq olduğunu yeqin çoxdan başa düşmüsünüz ve her meselede ona dayaq olmanız onun en ehtiyacı olandır. Bir oğlaqla birlikde olmaq insandan çox şey ala biler, bu düzdür, amma onu başa düşüb, kömek etmeye başlasanız, özü de zirveye çatacaq, sizi de arzularınıza çatdıracaq.

DOLÇA (21 yanvar - 19 fevral)
Gördüyünüz ve göre bileceyiniz en serbest insandır. Bu barede en kiçik qısqanclıq, irad tutmaq ya da “sifet getirmek” onu itirmenize sebeb olacaq. En yaxşısı onun azadlığına hörmet edin. O heyata ferqli pencereden baxır, insanlara ferqli yanaşır ve sizden de onu başa düşmeyiniz gözleyir (Siz de o pencereni tapıb, ordan baxsanız, pis olmaz). O heyatını gözelleşdirmeye çalışır, çünki etrafındakıların çata bileceyi mükemmelliyi görür ve etrafındakılara kömek etmek barede özünde mesuliyyet hiss edir. Sizinle söhbetinde dünyaya çox yuxarıdan baxmağı, hadiseleri inanılmaz celdlikle tehlil etmeyi ve yüksek seviyyede fikirlerinin olması sizi teeccüblendirmesin. İnanılmaz derecede optimistdir, her hadisenin yaxşı tereflerini görür, pessimistlere tab getirmir! Heç kimden aslı olmadan yaşamağı, öz ayaqları üstünde durmağı sevir ve sizden de bunu gözleyir. Maraqlı, beraberhüquqlu ve intellektual seviyyeli münasibet isteyirsinizse, Dolça en uyğun adamdır.

BALIQ (20 fevral - 20 mart)
İnsanperver, mehriban ve ince duyğulu insandır. Her meselede ona etibar ede bilersiniz. Kiçik, amma ürekden gelen hediyyeler onu sevindirir, bütün maaşınızı onun gülümsemesi üçün xerclemek mecburiyyetinde qalmayacaqsınız. Tamamile özüne qapalı sayılmaz amma sizden diqqet görmese duyğularından, problemlerinden heç vaxt danışmayacaq. Tek qalmaq isteyi size qeribe gelmesin ve bunun altında başqa mesele axtarmayın. Kobud sözlere ve yüksek ses tonuna nifret edir, onun dünyasında her şey zerif ve ince olmalıdır, eksi olsa buna dözmez. Onu hiss ede bilirsinizse, münasibetinizin uzun müddetli ve olduqca gözel olacağına şübheniz olmasın..

Xanimlar! Sevgiliniz sizi nece gormek isteyir?

Qoç: Xoşladığı qadın tipi inadkar və asanlıqla təslim olmayan. Qoçların seçdikləri qadın çılğın olduğu qədər, incə də olmalıdırlar. Onun ağlını başından almaqdan ötrü-dar cins şalvar, ipək kofta və ...son dəbə uyğun ayaqqabı geyinmək lazımdır.

Buğa: Xoşladığı qadın tipi dadlı yeməklər bişirən və uşaqları sevən (demıli, yaxşı ana olacaq) xanım. Onun ağlını başından almaqdan ötrü-Milli mentalitetimizə uyğun geyinin.məsələn:uzun yupka və sadə kofta.


Əkizlər: Xoşladığı qadın tipi- Özünə güvənən və ilk addımı atmaqdan çəkinməyən xanım. Əkizlər darıxdırıcı həyat tərzini sevmədikləri üçün seçdikləri qadın da əyləncəli məkanlara-kinoya və ya teatra getməyi xoşlamalıdır. Onun ağlını başından almqdan ötrü-ipək, krujeva və ya xəz geyinin. Sizə nəinki toxunmaq və əzizləmək, hətta baxmaq belə xoş olmalıdır.

Xərçəng: Xoşladığı qadın tipi- Zərif yerişli, danışığını bilən ağılı və cazibədar xanım. Kişi xərçənglər istənilən qadına fikir verə bilərlər əsas odur ki, xörəkləri ən azı gələcək qaynananız kimi dadlı bişirəsiz, çünki onun üçün ideal qadın yalnız anasıdır. Onun ağlını başından almaqdan ötrü-Balaca çanta götürün, qeyri-adi kəmər taxın, bəzəkli ayaqqabı alın və mobil telefonunuzdan yumşaq oyuncaq asın-Bütün bunlar sakit xərçəngi ehtiraslandırır.

Şir: Xoşladığı qadın tipi- Baxımlı və həmişə formada olan xanımlar. Güzgü qabağında bəzənən qadın
şirlərin xoşuna gəlir. Onun ağlını başından almaqdan ötrü-Parlaq və cazibədar geyimlər alın. Kişi şirlər ilk növbədə qadının geyiminə fikir verirlər.

Qız: Xoşladığı qadın tipi-Ona fikir verməyən işgüzar qadın. Həmin qadın üzr istəməməlidir, çünki kişi qızların özündənrazı xanımlardan xoşu gəlir. Onun ağlını başından almaqdan ötrü-Ciddi və səliqəli dəst geyinin. Ağ kofta, açıq rəngli şalvarlara üstünlük verin, çünki ağ rəng Kişi-Qızlara yazşı təsir göstərir.

Tərəzi: Xoşladığı qadın tipi- Kosmetikadan istifadə etməyi bacaran, əsasən, təbii rənglərə üstünlük verən, sadə geyimli xanım. Kişi-Tərəzilər bayağı qadınları xoşlamırlar. Onun ağlını başından almaqdan ötrü-Qızıl, brilyant və sadə bijuteriya Kişi- tərəzilərə möcüzəli təsir göstərir, buna görə də ilk görüşə bəzək əşyaları taxmağı unutmayın.

Əqrəb: Xoşladığı qadın tipi- Dünyanın ən cazibədar xanımı. Həmin xanım geyiminə (nə qədər acıq-sacıq olsa bir o qədər yaxşıdır) və davranışına (bütün hərəkətlər cəlbedici və ehtiraslı olmalıdır) fikir verməlidir. Onun ağlını başından almaqdan ötrü-Səliqəli manikür etdirin, qəşəng dəri əlcək, qeyri-adi qolbaq və üzük taxın. Kişi-Əqrəblər qadın əllərinə həddindən artıq çox fikir verirlər. Oxatan: Xoşladığı qadın tipi- Hündür dağa çıxmaq və ya hirsli rəisin otağına çəkinməyən qız.

Oxatan- Kişilər ilk baxışdan mədəbbətə inanırlar və bütün həyatları boyu tanışlıqdan beş dəqiqə sonra vurulduğunu etiraf etməyi bacaran qadını axtarırlar. Onun ağlını başından almaqdan ötrü-Şərq üslubunda aksesuarlar taxın.

Oğlaq: Xoşladığı qadın tipi- İşinə böyük əhəmiyyət verən xanımlardır. İş günü və ya gələcək karyerası barədə daşan qadınlar onları ehtiraslandırır. Oğlaqlar üçün
ən əsas qadının ağlıdır. Onun ağlını başından almaqdan ötrü-Qalstuk, papaq, dəri papaq, pencək və idman tərzində çanta taxın, bir sözlə
kişi geyiminə qadın incəliyini qatın.

DoçDa:şladığı qadın tipi- Müasir dəbə uyğun geyinən qızlar. Orijinal saç, böyük şlayapa, 60-cıa illərin ayaqqabısı-bütün bunlar onun diqqətini cəlb edir. Onun ağlını başından almaqdan ötrü-Orijinal geyimlər seçin, heç kimə oxşamağa çalışmayın. Makiyajda həddi aşmayın. Kişi-Dolçaların fikrincə, gözəllik-təbiilikdir.

Balıqlar: Xoşladığı qadın tipi- Problemləri asanlıqla həll etməyi bacaran işgüzar xanım. Cazibədar bədən quruluşu və cəlbedici geyimlər burada vacib rol oynamır, ən əsası-ürəyin təmiz olmasıdır. Onun ağlını başından almaqdan ötrü- Ayaqlarınızı gözəl göstərən yubkalar və ayaqqabılar geyinin. Bundan əlavə, həmişə səliqəli görünməyə
çalışın, onlar bunu sevirlər.

Burcler dekabrda ne ved edir?

Qoç
İş heyatınız olduqca qarışıq ve telaş içinde olacaq. Müxtelif sualları ve mövzuları razılaşdırmalı, mövqeyinizi qoruyub-saxlamalı olacaqsınız. Neticede böyük müvefeqiyyet elde edeceksiniz ki, bu da karyera yükselişinize sebeb ola biler.

Buğa
Dekabr ayında sizin üçün en önemli mesele maddi durumunuz olacaq. Çalışın onları iş vaxtı hell edesiniz ki, evde problem yaşanmasın. Sevgi münasibetlerinde sabitlik gözlenilir. Sağlamlığınızı qoruyun, özünüzü soyuğa vermeyin. Aileniz varsa, övladlarınıza xüsusi vaxt ayırın, onların size ehtiyacı var.

Ekizler
Heyat yoldaşınız, sevgiliniz ve ya iş yoldaşlarınızla münasibetleri aydınlaşdırmaq üçün ela zamandır. Unutmayın ki, şexsi heyatı iş heyatı ile sehv salmaq olmaz. Eger bu meselelere diqqetli yanaşsanız ayın sonunda ürekaçan netice elde edeceksiniz. Maliyye veziyyetiniz yaxşılaşacaq.

Xerçeng
Xestelikleri, müxtelif travmaları nezere almasaq bu ay çox sakit ve maraqlı keçecek. Böyük layiheler sona çatacaq ve eziyyetinizin behresini göreceksiniz. Aile üzvleri ve dostlarınızla dil tapacaq ve gözel günler keçireceksiniz. Maddi veziyyetiniz sabit olacaq, geliriniz orta olacaq.

Şir
Bu ay çoxlu stress keçireceksiniz. İşleriniz düz getmeyecek ve onları tecili bitirmeli olacaqsınız. Lakin her şey alınacaq, o cümleden arzuladığınız vezifeye teyin olunacaq ve uğurlu müqavileler imzalayacaqsınız. Şexsi heyatda da problemler olacaq, amma ayın sonunda her şey yerine düşecek.

Qız
Başınız işe o qeder qarışacaq ki, etrafda olanlardan xeberiniz olmayacaq. Ayın sonunda işgüzar sefer ehtimalı var, amma buna baxmayaraq seyahet zamanı yaxşıca istirahet edeceksiniz. Maddi veziyyetiniz deyişmeyecek. Aile üzvleri ise sizin bu halınıza dözmeli olacaq, çalışın onları başa düşesiniz.

Terezi
Bu ay yegane yaxşı xeber ondan ibaretdir ki, maddi sıxıntı yaşamayacaqsınız. Dostlarınızla, sevgilinizle, hetta iş yoldaşlarınızla münasibetleriniz korlana biler. Lakin ilinsonunadek veziyyet deyişecek. Çalışın menfi emosiyalara qapılmayasınız, etrafınızda olan insanları anlayasınız.

Eqreb
Bir müddet problemler yaxanızı buraxmayacaq, bu, hem iş, hem de şexsi heyatınıza aiddir. Amma telaşa qapılmayın ve pis fikirleri özünüzden uzaq tutun. Qarşıda sizi çox gözel ve qeyri-adi hadise gözleyir. Sağlamlığınıza diqqet yetirmeyi unutmayın, esasen de bu soyuq qış günlerinde.

Oxatan
Ehval-ruhiyyeniz yüksek olacaq, lakin işlerin gedişatı üreyinizce olmaya biler. Buna göre stress keçireceksiniz. İşde baş veren her hadise sizin xeyrinize olacaq, hetta siz bundan emin olmasanız bele. Şexsi heyatınızda bezi anlaşılmazlıqlar baş verecek ki, bunların çözümü yalnız sizden asılıdır.

Oğlaq
Bezi insanlar size zerer vermek isteyecek ve siz onlarla mübarize aparmalı olacaqsınız. Onların sayı get-gede artacaq, lakin sonda siz peşekarlığınız ve mesuliyyetinizin kömeyi ile zefer çalacaqsınız. Şexsi münasibetlerinize de müdaxile etmek isteyenler olacaq, lakin siz onlara uymayacaqsınız.

Dolça
Mülkiyyetinizle bağlı bütün suallara cavab tapacaqsınız. İnşaat sektorunda çalışırsınızsa, maraqlı teklifler ortaya çıxacaq. Teşkilat meselelerine diqqet yetirin. Aile münasibetlerinde deyişiklik gözlenilmir, maddi durumunuz ise bir az gergindir. İlin sonuna qeder her şey deyişecek.

Balıqlar
Eger verdiyiniz qerarları telesmeden qebul etseniz, ayın sonu sizi möhteşem qelebe gözleyir. İşgüzar heyatınızda yeni layiheler olacaq ve ya yeni iş tapacaqsınız. Şexsi heyatınızda çoxlu romantik hadiseler baş verecek. Çalışın sevdiyiniz insanı elinizden vermeyin ve ona nezaket gösterin.

Salam dostlar!

Salam dostlar. Sizin rahatliginiz ucun bu sayti yaratdim. Burcler haqqinda istediyiniz melumati burda elde ede bilersiz. Hal-hazirda sayt hazirlanir